Bakı metrosunda həyəcanlı anlar - Qadın özünü qatarın altına atmaq istədi

12.05.2020 13:09
328

Bakı metropolitenində intihara cəhd olub.

AzSABAH.COM-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə mayın 11-də saat 14 radələrində metronun “Nəriman Nərimanov” stansiyasında baş verib. Cəlilabad rayon sakini N.Məmmədova anası ilə mübahisə etdiyindən özünü qatarın altına atmağa cəhd göstərib.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının çevikliyi sayəsində cəhdin qarşısı alınıb.

Loading...