Bakı metrosunda gedişhaqqı ARTIRILIR? - RƏSMİ AÇIQLAMA

29.02.2024 16:52
272
65e07e10a17ba202402245232

Bakı metrosunda gedişhaqqının artırılması barədə müzakirələr aparılmır.

Azsabah.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin rəis müavini Hidayət Məmmədov bildirib. O, eyni zamanda bu il Bakıya yeni metro vaqonlarının gətiriləcəyini deyib: "Yeni vaqonların alınması üçün müqavilələr imzalanıb. Onların gətirilməsi üçün işlər görülür. Hədəfimiz 65 yeni vaqonun Bakıya gətirilməsidir".(Report)