metro

Bakı metrosunda FACİƏ baş verdi - Sərnişinlər qatarlardan düşürüldü, ölən var

03 Oktyabr 2024
456

Metronun “28 May” stansiyasında kişi sərnişin stansiya yoluna düşüb.

Azsabah.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, qatar maşinisti əyləci sıxıb, yüksək gərginlik çıxarılıb. Sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Lakin sərnişin vəfat edib.

Metroda qatarların hərəkətində 17 dəqiqə yubanma olub, sonradan hərəkət bərpa edilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək. /metbuat.az

15:34

Bakı metrosunda bütün sərnişinlər qatardan düşürdülüb. 

Azsabah.com xəbər verir ki, metronun " Sahil" stansiyasında sərnişinlər təcili olaraq qatardan düşürdülüb. /milli.az