Bakı metrosunda DƏHŞƏTLİ HADİSƏ: ÖLƏN VAR

19.04.2023 13:03
18772
Metro
"Bakı Metropoliteni" QSC-nin "Xalqlar Dostluğu" stansiyasında sərnişin vəfat edib.

AZSABAH.COM-a bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, "Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın maşinistinə bir kişi sərnişinin özünü pis hiss etməsi barədə məlumat verilib.

Dispetçerə daxil olmuş məlumat əsasında, sərnişin "Xalqlar dostluğu" stansiyasında düşürülüb, təcili tibbi yardım çağırılıb. Amma onun qatardan düşürülənə qədər dünyasını dəyişdiyi məlum olub.

Allah rəhmət eləsin!