Bakı metrosu yenidən BAĞLANIR

18.09.2020 22:17
867
Xüsusi karantin rejimi çərçivəsində həftəsonu Bakı metrosu sərnişindaşıma fəaliyyəti göstərməyəcək.

AZSABAH.COM-un xəbərinə görə, "Bakı Metropoliteni” QSC-dən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Qərarının 1.2.5 bəndinə uyğun olaraq, sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.(Qaynarinfo)
Loading...