Bakı metrosu BU TARİXDƏ AÇILIR

07.02.2021 17:23
9155

Bakı Metropoliteni QSC-də bütün işçilərə, o cümlədən maşinistlərə fevralın 15-dən işdə olmaq tapşırığı verilib.

AZSABAH.COM xəbər verir ki, bu barədə modrn.az-a metropoliten işçiləri bildiriblər.

Məlumata görə, Bakı Metropoliteni stansiyalarını fevralın 15-dən sərnişinlərin üzünə açacaq, yəni həmin tarixdən metro uzun fasilədən sonra fəaliyyətini bərpa edəcək.

Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın metronun açılması ilə bağlı qərarı önümüzdəki həftə ictimaiyyətə elan ediləcək.

Loading...