Bahalı hədiyyələrlə başımı aldada bilməzlər - Şəbnəm Tovuzlu

22.01.2024 09:55
322
65ae030f8fb27202401245423

"Mən gözütox xanımam. Bahalı hədiyyələrlə baş aldadılacaq biri deyiləm". 

Bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib. 

Şəbnəm bir kişinin özünü bağışlatmaq üçün xanımına hədiyyə verməsinə qarşı çıxıb və bunu yolverilməz sayıb: 


"Sevən kişi hədiyyə ilə qadının önündə özünü bağışlatmaz. Sevən insan həmişə fədakar olur. Bu insanlar üçün hər gün bayram olur. Şəxsən özümdən deyirəm, bir bəydə fədakarlığı çox sevirəm. Hədiyyə vermək baş aldatmaq kimidir. Belə olanda isə xanım yalnız bəyin cibinə və verdiyi hədiyyəyə baxacaq". 

Qeyd edək ki, bir müddət əvvəl müğənni Vəfa Şərifova həyat yoldaşı, iş adamı Famil Xəlilovla ayrıldığını açıqlamışdı. Vəfa bildirib ki, qarşı tərəf onunla barışmaq üçün əvvəlcə "Ağ şəhər" ərazisində, daha sonra isə Dubayda ona mülk bağışlayıb. 

/ bizim.media