"Bayraktar" Ukraynada daşı daş üstündə qoymadı - Rusiyaya ÖLDÜRÜCÜ ZƏRBƏ

03.09.2022 23:39
3845
Bayraktar

Ukrayna hərbi qüvvələri "Bayraktar" pilotsuz uçuş aparatları (PUA) ilə üç gün ərzində 26,5 milyon dollar dəyərində Rusiya hərbi texnikasını yarasız hala salıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Komandanı Valeri Zalujnı "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, üç gün ərzində - avqustun 31-dən sentyabrın 2-dək bir cüt “Bayraktar TR-2” PUA-sı Rusiyanın təqribən 26,5 milyon dollar dəyərində texnikasını məhv edib:

“8 ədəd “T-72” tankı məhv edilib (birinin dəyəri, təxminən, 3 milyon dollardır). 1 ədəd özüyeriyən artilleriya qurğusu "Akatsiya" (1,6 milyon dollar), piyadaların döyüş maşınları (0,6 milyon dollar) və haubitsa (0,3 milyon dollar). Bundan başqa, 1,85 milyon dollar dəyərində 5 ədəd “T-72” tankı və 1 ədəd “BMP” sıradan çıxarılıb.