Azərbaycanlılara ŞAD XƏBƏR: sərt karantin rejimi LƏĞV EDİLİR

11.06.2020 13:12
950

Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisi rayonunun Geta (Aşağı Güləver) kəndində sərt karantin rejimi ləğv edilir.

AZSABAH.COM Apa-ya istinadla xəbər verir ki, bu barədə Bolnisi meriyası məlumat yayıb.

Bildirilib ki, kənd ərazisində sonuncu yoluxma halı mayın 16-da qeydə alınıb.

Qeyd olunub ki, karantin rejiminin ləğv edilməsi istiqamətində hazırlıq işləri aparılır.

Xatırladaq ki, Bolnisi rayonunda yeni növ koronavirusa indiyədək 186 yoluxma halı qeydə alınıb. Yoluxanlardan 114 nəfər sağalıb, 4 nəfər isə vəfat edib.

Loading...

close
close