Azərbaycanlılara ŞAD XƏBƏR: bu kənddə sərt karantin rejimi LƏĞV EDİLDİ

15.06.2020 12:57
384

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun Geta (Aşağı Güləver) kəndində sərt karantin rejimi bu gün ləğv ediləcək.


AZSABAH.COM Apa-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili məlumat verib. Bildirib ki, epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq  kənddə sərt karantin rejiminin tətbiqi bu gündən dayandırılacaq.


Qeyd edək ki, yeni növ koronavirusun yayılması ilə əlaqədar olaraqkənddə mayın 15-dən etibarən sərt karantin rejiminin tətbiqinə başlanılıb.

Loading...

close
close