Azərbaycanlı qadın ona söz atan kişini DÖYDÜ - ANBAAN VİDEO

Naxçıvanda qadının kişini döydüyünü əks etdirən görüntülər yayılıb.

AZSABAH.COM xəbər verir ki, polis əməkdaşı hadisəyə müdaxilə edərək onları ayırıb.

Məlumata görə, insident kişinin qadına sataşmasından sonra yaşanıb.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyindən AZSABAH.COM-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə fevralın 21-də baş verib:

"Naxçıvan şəhər Heydər Əliyev prospektində Orxan (ad şərtidir) və Gülmira(ad şərtidir) arasında şəxsi münaqişəsi zəmnində mübahisə baş verib. 

Naxçıvan MR DİN Mətbuat Xidmətindən verilən məlumata görə faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək".