Azərbaycanlı nazir oğlunun müğənni sevgilisi: “KİŞİYƏ HƏSRƏTƏM”

17.02.2024 10:25
612
65d05203c30c8202402242819
İllər öncə Azərbaycan nazirlərindən birinin oğlu ilə sevgi münasibətlərinin olduğunu açıqlayan türkiyəli müğənni Ebru Polat yenidən mətbuatın gündəmindədir.  Azsabah.com qaynarinfo-ya istinadən xəbər verir ki, cazibədar Ebru şəxsi həyatından söhbət açıb. Müğənni konsertlər, idman, psixologiya dərslərində iştirak etdiyi üçün şəxsi həyatına ayırmağa vaxtının qalmadığını qeyd edib. "Kişi anlayışını unutmuşam”- deyə, müğənni bildirib.  Qeyd edək ki, müğənni Türkiyənin "Kanal-1” televiziyasının ”Akşam keyfi” proqramında Azərbaycanın nazir oğlu ilə eşq macərası yaşadığını etiraf edib. Ebru azərbaycanlı nazirin oğlundan əvvəl isə İstanbulun "Fənərbaxça” futbol klubunun oyunçusu Səlcuq Şahinlə iki il eşq macərası yaşadığını bildirib:"Səlcuqla hələ də dostuq. Lakin hazırda qəlbim azərbaycanlı nazir oğlundadır. Bakıda olarkən 20 min avro dəyərində olan çantanı da mənə nazirin oğlu hədiyyə edib”.  Vaxtilə jurnallarda dərc olunan açıq-saçıq şəkillərinə görə çoxları Ebrunun müğənniliyə manekenlikdən gəldiyini güman edir, lakin müğənni bir vaxtlar vəkil olduğunu bildirib.
"Belə xəbərlərdən çox narahat oluram. Maneken-müğənni deyə xəbərlər yayılır. Halbuki heç podiuma da çıxmadım. Heç çıxmağı da düşünmürəm. Bir çox jurnallarda müxtəlif pozalarda fotolarım olduğundan məni maneken sanırlar, amma belə deyil. Sadəcə, qısa müddət ərzində vəkillik fəaliyyəti ilə məşğul olmuşam” - deyə dodaqlarını 500 min dollara sığorta etdirən seksual görünüşlü müğənni bildirmişdi.