Ayan Babakisiyeva

Azərbaycanlı müğənni oxuduğu toya şortikdə gəldi: Hər kəs bu görüntüdən danışır - VİDEO

04 Oktyabr 2024
451

Müğənni Ayan Babakişiyeva el məclislərinin birindən görüntüsü yayılıb.
Azsabah.com xəbər verir ki, sənətçinin toya seçdiyi geyim müzakirələrə səbəb olub. Belə ki, məclisdə şort geyinən Ayanın "look"unu görənlər birmənalı qarşılamayıb. 

Tənqidlərlə razılaşmayan Babakişiyeva eynindəki dəstə 200 azn veridiyini bildirərək, onu qınayanları "qıjı" adlandırıb.

Müğənninin aqressiv cavabı sosial media istifadəçilərini hiddətləndirib.

Ayan sözügedən məsələyə "Qonaqcanlı" verilişində münasibət bildirib:

"Toy məclisi də bir səhnədir. Geyimimdə o zaman qüsur olardı ki, artıq çəkim olardı, bədən quruluşum o geyimi geyinməyə icazə verməzdi. Əgər mən pəhrizimə və günlərlə ac qalmağıma rəğmən o libası geyinə bilirəmsə nə xoş mənə".

Sözügedən görüntünü təqdim edirik:  

/milli.az