Azərbaycanlı məmur iqtidar partiyasından İSTEFA VERDİ - FOTO

15.07.2021 13:42
5463

Gürcüstanın Qardabani bələdiyyə məclisinin sədr müavini, Qaratəhlə kəndinin deputatı Rəfi Orucov vəzifələrini tərk edib.

AZSABAH.COM “Report”a istinadən xəbər verir ki, bu barədə o, özü feysbuk səhifəsində məlumat yayıb.

R.Orucov öz arzusu ilə hakim Gürcü Arzusu Partiyasından da istefa verdiyini bildirib:

“Bu qərarıma səbəb partiyanın son zamanlar yürütdüyü siyasətin mənim siyasi mövqeyimlə üst-üstə düşməməsidir”.

O vurğulayıb ki, fəaliyyət göstərdiyi 7 il müddətində hər zaman dövlətə və xalqa vicdanla xidmət edib:

“Ümid edirəm ki, etimadınızı doğrultdum”.


Loading...