Azərbaycanlı idmançı 27 saniyəyə görün nə qədər PUL QAZANDI: İNANILMAZ RƏQƏMLƏR - VİDEO

28.07.2022 12:08
320
photo_65411827

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev amerikalı rəqibinə qalib gəldiyi üçün qonorar alıb.

T. Musayevin rəqibi məşhur döyüşçü Sidney Autlou olub. 

AZSABAH.COM xəbər verir ki, Musayev ilk görüşdəcə Autlounu nakauta göndərməyi bacarıb. Görüş cəmi 27 saniyə baş tutub. 

Qeyd edək ki, Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev buna görə 70 min dollar qonorar alıb.

Xatırladaq ki, azərbaycanlı boksçu dünyanın ən məşhur turnirlərindən biri olan “Bellator”da debüt edib.//lent.az