Azərbaycanlı həkim koronavirusun yox olacağı tarixi AÇIQLADI: İnsanların çoxu yoluxarsa...- FOTO

19.06.2020 17:10
599

"Verilən qərarlara və edilən tövsiyələrə vətəndaşların tam həcmdə, kifayət qədər riayət etməməsi, müəyyən vətəndaş məsuliyyətsizlikləri yoluxma sayının artmasına səbəb oldu".

AZSABAH.COM xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Azər Nağıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 18-də keçirilən brifinqində ölkədə iyunun 21-dən iyulun 5-nə kimi ciddi karantin rejiminin tətbiq olunması qərarını şərh edərkən deyib.

O, Nazirlər Kabineti yanında Operativ Qərargahın iki həftəlik ciddi karantin rejimi qərarını virus zəncirinin qırılması baxımından vaxtında verilmiş düzgün qərar hesab edir:

"Dövlət mütləq belə tədbirlər görməli idi. Öncə iki həftə, həftə sonları hərəkət tam məhdudlaşdırıldı, indi isə keçdiyimiz ciddi karantin tədbirlərinin yenidən tətbiq olunması qərarı verildi. Qərar düzgün, yerində verilmiş qərardır. Çünki koronavirus infeksiyasını taleyin ixtiyarına, öz ixtiyarına buraxmaq mümkün deyil. Onu nəzarət altına almaq üçün mütləq tədbirlər görülməlidir. Bu zəncir qırılmalıdır, ona görə də vaxtında verilmiş qərar idi. Ciddi karantin rejiminin artırılan müddətdən də sonra uzadılma ehtimalı yarana bilər. Bu, vəziyyətə uyğun qiymətləndiriləcək. Havaların isti olmağına baxmayaraq insanların böyük şəhərlərdə, kompakt yaşayışın kifayət qədər çox olduğu yerlərdə bir-biri ilə yaxın təmas da qaçılmazdır. Ciddi karantin rejiminin uzadılması məsələsi aparılan tədbirlərin nə dərəcədə nəticə verəcəyindən, sanitar-epidemioloji durumun o anki vəziyyətindən asılı olacaq. Mən elə hesab edirəm ki, ciddi karantin rejiminin uzadılmasına ehtiyac olmayacaq. 5 iyuldan artıq təkrar yumşaldılmalar başlayacaq. Amma bunu bir zaman, bir də bizim qaydalara, tövsiyələrə necə riayət edəcəyimiz göstərəcək". 

Həkim-infeksionist koronavirusun noyabr ayının sonlarına qədər ömrünün qaldığını bildirib:

"Koronavirusun payızda daha güclü yayılması ilə bağlı fikirlərə gəldikdə isə mən o qədər bədbin baxmıram payız aylarına. Adətən virus infeksiyaları oktyabr, noyabr aylarından sonra başlayır. Əgər virusun yayılma zənciri o müddətə qədər, yəni iyul ayı ərzində, isti aylarda qırılsa və bir neçə həftə ərzində, yaxud 2-3 ay müddətinə korona zəncirində qırılma baş versə, bu müddətdə kifayət qədər insan xəstəliyi keçirsə və təbii immunitet qazansa, üstəlik bu infeksiyaya qarşı peyvənd hazırlansa düşünürəm ki, biz təkrar bu pandemiyanı yaşamayacağıq. Ola bilər ara-sıra müəyyən yerlərdə bir yüksəlmələr, yoluxma halları müəyyən bir rəqəmlərdə qeydə alınsın, amma təkrar bu pandemiyanın baş qaldıracağını görmürəm. Koronavirusla bağlı qoyulan qayda, qanunlara bir qrup insan daha ciddi riayət edir, müəyyən bir qrup da var səhlənkar baxır. Bu dəqiqə də aramızda "Bu infeksiya varmı?" sualını verənlər var. Baxmayaraq ki, artıq hamının kimsə tanıdığı bir insan bu virusa yoluxub, xəstəxanaya düşübdür. Amma yenə də belə suallar verənlər var".

Loading...

close
close