Azərbaycanlı həkim ABŞ-də xəstəxanada VƏFAT ETDİ - FOTO

06.02.2024 12:01
523
65c1e76e4ca33202402240150

ABŞ-də yaşayan azərbaycanlı həkim Ramil Mereev səhhəti ilə bağlı yerləşdirildiyi xəstəxanada vəfat edib.

Azsabah.com xəbər verir ki, Texas ştatının Hyuston şəhərində yaşayan həmyerlimiz bu gün “Memorial Hermann-Texas Medical Center” xəstəxanasında dünyasını dəyişib.

Bildirilib ki, ixtisasca həkim olan Ramil bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilibmiş. O, ailəli, 10 və 8 yaşlarında 2 övlad atası olub.

R.Mereevin cənazəsinin Azərbaycana göndərilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Florida ştatının Mayami şəhərində yaşayan azərbaycanlı həkim, Rusiya Tibb Elmləri Akademiyasının N.N.Burdenko adına Neyrocərrahiyyə Elmi Tədqiqat İnstitutunun sabiq əməkdaşı Amid Ömərov da qəfil vəfat edib.