Azərbaycanlı xanım bloger sükan arxasında qaydaları pozaraq özünü videoya çəkib.
Azsabah.com avtosfer.az-a istinadən xəbər verir ki, Günay Mehdiyeva adlı bloger qeydə aldığı həmin videonu sosial şəbəkə hesabında paylaşıb.
Belə ki, o, idarə etdiyi 77-GM-053 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobillə hərəkət edən zaman təhlükəsizlik kəmərindən istifadə etməyib. Eyni zamanda bir ayağını yuxarı qaldıraraq sükan arxasında düzgün oturmayıb.