Azərbaycanlı aktyor çayxanada işləyir - FOTO

İrəvan Dövlət Azərbaycan Dram Teatrından işdən ayrılan aktyor Anar Bulud çay bağçasında işə başlayıb.

Bu barədə Teleqraf.com-a aktoyrun özü məlumat verib:

"Yeddi il İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışmışam. Teatrda baş verən haqsızlığa görə öz ərizəmlə işdən ayrıldım. Atam da aktyordur, uşaqlığım onun yanında keçib. Universiteti bitirdikdən sonra İrəvan Dövlət Azərbaycan Dram Teatrında işə başladım. Sonu da belə... Maddi vəziyyətim üçün çay bağçasında işləməli oldum. Çünki kirayədə yaşayıram.Əvvəl işimə alışa bilməsəm də sonra özüm-özümə dedim ki, bu, sənin yeni rolundu. Şeirlər də səslənirməyə başlayacam. Teatrdan və ya teatra rəhbərlik edənlərdən çox küsmüşəm. Hər zaman haqsızlığa qarşı olmuşam və bunu dilə gətirmişəm".