Azərbaycanlı aktyor çayxanada işləyir - FOTO

11.01.2024 16:31
144
659fdf748183a202401243044

İrəvan Dövlət Azərbaycan Dram Teatrından işdən ayrılan aktyor Anar Bulud çay bağçasında işə başlayıb.

Bu barədə Teleqraf.com-a aktoyrun özü məlumat verib:

"Yeddi il İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışmışam. Teatrda baş verən haqsızlığa görə öz ərizəmlə işdən ayrıldım. Atam da aktyordur, uşaqlığım onun yanında keçib. Universiteti bitirdikdən sonra İrəvan Dövlət Azərbaycan Dram Teatrında işə başladım. Sonu da belə... Maddi vəziyyətim üçün çay bağçasında işləməli oldum. Çünki kirayədə yaşayıram.Əvvəl işimə alışa bilməsəm də sonra özüm-özümə dedim ki, bu, sənin yeni rolundu. Şeirlər də səslənirməyə başlayacam. Teatrdan və ya teatra rəhbərlik edənlərdən çox küsmüşəm. Hər zaman haqsızlığa qarşı olmuşam və bunu dilə gətirmişəm".

Qeyd edək ki, əməkdar artist Sərvər Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev arasında qalmaqal baş verib. Sərvər Əliyev bir neçə gün öncə saytımıza açıqlamasında İftixar Piriyevin aktyorlardan imza toplatdırıb, onu işdən işdən uzaqlaşdırmaq istədiyini bildirib. Buna etiraz edən Anar Bulud ərizəsi ilə işdən ayrılıb.