Azərbaycanlı AİLƏ GÜLLƏLƏNDİ - ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

21.07.2021 11:26
9563

Gürcüstanın Marneuli yrayonunun azərbaycanlıların yaşadığı Yuxarı Saral kəndində qətl hadisəsi baş verib.

Publika.az Report-a istinadən xəbər verir ki, silahlı şəxs bir ailəyə basqın edib.

Hadisə zamanı iki nəfər ölüb, digər iki nəfər isə ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Silahlı insidentin səbəbi hələ məlum deyil.

Qətli törədən şəxsin artıq saxlanıldğı bildirilir.(Report)

Loading...