Azərbaycanın bu rayonunda POSTLAR QURULDU, GİRİŞ-ÇIXIŞ QADAĞAN EDİLDİ

10.07.2022 23:51
322
photo_58007881

"Şabran rayonunun Ağalıq kəndində mülki obyektlər yanğından tam mühafizə edilib".

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, bunu FHN-nin Şimal Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin rəisi Ramin Vəlixanov bildirib.

O qeyd edib ki, Şabran rayonunda yanğın baş verən ərazidəki sakinlər təxliyə edilib və ərazidəki bütün mülki obyektlər yanğından mühafizə edilib. Vətəndaşların təhlükəsizliyi üçün yanğın baş verən ərazidə müvəqqəti postlar qurulub və giriş-çıxış məhdudlaşdırılıb.

Bildirilib ki, avtomobillərin gediş-gəlişi alternativ yollar vasitəsilə həyata keçirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.