Azərbaycanın bu bölgəsində 6-7 bal gücündə zəlzələ baş verə bilər - Seysmoloq

20.01.2024 09:18
619
65ab578148eb7202401241753

"Mil-Muğan iqtisadi rayonu maksimum 6-7 bal gücündə zəlzələlərin baş verə biləcəyi bir ərazidir. Zəlzələdən sonra xırda təkanlar baş verə bilər, amma qorxuya düşməyə ehtiyac yoxdur".


Bunu  açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru  Ənvər Əliyev deyib.


Onun sözlərinə görə, 5 baldan yuxarı zəlzələlərdən sonra xırda titirəşimlərin olması normaldır:


"Həmin ərazilər ümumiyyətlə çökmə süxurlarla doludur. Mil-Muğan iqtisadi rayonu sanki kiçik Qafqazla böyük Qafqazzın arasında onların çöküntü süxurlarının yuyulub gəldiyi ərazidir. Araz çayı, Kür çayı, onun qolları yuyub  gətirib orada çökmə süxurlardan ibarət bir ərazi yaradıb. Ümumiyyətlə biz artıq Azərbaycan ərazisində baş verən zəlzələləri normal qarşılamalıyıq. O ərazi zatən 5-6 ballıq ərazilərdir. Elə bir qorxulu şey yoxdur".