Azərbaycanda yüz minlərlə vətəndaşa BÖYÜK MÜJDƏ: BU GÜNDƏN BAŞLAYARAQ...

01.01.2022 10:42
347
photo_21717624
I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə verilən təqaüdün məbləği artıb.

Sfera.az xəbər verir ki, fərmana əsasən, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 50 manatdan 80 manata qaldırılıb.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minib.

Bu gündən həmçinin tələbələrin təqaüdü də artırılıb. Azı 25 il pedaqoji staja malik, işləməyən pensiyaçı olan elmlər doktorları və fəlsəfə doktorlarına 2021-ci il yanvarın 1-dən Prezidentin aylıq təqaüdü təsis olunub. Yeni Fərmanla bu təqaüd elmlər doktorları üçün 50% artırılaraq 200 manatdan 300 manata, fəlsəfə doktorları üçün 67% artırılaraq 120 manatdan 200 manata çatdırılıb.

Fəxri adlara görə aylıq təqaüdlər də "Xalq” fəxri adına görə 33,3% artımla 150 manatdan 180 manata, "Əməkdar” fəxri adına görə isə 20% artımla 100 manatdan 120 manata çatdırılıb.
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdləri 20% artırılıb.

Həmin təqaüdlərin məbləği elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün 360 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 216 manat, ali təhsil müəssisələrində və AMEA-da adlı təqaüd alan tələbələr üçün 204 manat, magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 174 manat, 71-100 bal olan tələbələr üçün 144 manat, 51-100 bal olan tələbələr üçün 96 manat, bakalavr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 156 manat, 71-100 bal olan tələbələr üçün 132 manat, 51-100 bal olan tələbələr üçün 90 manat təşkil edəcək.

Orta ixtisas təhsili müəssisələrində təqaüdün məbləği akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 90 manata, 71-100 bal olan tələbələr üçün 72 manata, 51-100 bal olan tələbələr üçün 60 manata, peşə təhsili müəssisələrində akademik göstəriciləri "5” olan tələbələr üçün 90 manata, "4” və "5” olan tələbələr üçün 72 manata, "3”-"5” olan tələbələr üçün 60 manata çatdırılacaq.

Yanvarın 1-dən eyni zamanda fəxri adlara görə aylıq təqaüdün məbləği artıb. Sərəncama əsasən, fəxri adlara görə aylıq təqaüdün məbləği 150 manatdan 180-ə və 100 manatdan 120-yə çatdırılıb.