670601850b7c1202410240733

Azərbaycanda yüksək vəzifəli şəxs vəfat ETDİ

09 Oktyabr 2024
155

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri vəfat edib.

Bu barədə "Nuhçıxan" İnformasiya Agentliyindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə ağır xəstəlikdən sonra bu gün vəfat edib.

Qeyd edək, Əkrəm Hüseynzadə 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetini tarix-filologiya ixtisası üzrə bitirmişdi. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri və filologiya üzrə fəlsəfə doktoru idi.