Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

01.03.2024 10:28
442
65e175a1128ef202403242849
Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi işdən çıxarılıb.


Azsabah.com "Report"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.


Müvafiq əmrlə Sabirabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Əlsafa Məmmədov işdən azad edilərək, sərəncama götürülüb.


Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 136 əməkdaşı məsuliyyətə cəlb edilib.