Azərbaycanda YOLLAR BAĞLANDI - BU KƏNDLƏ ƏLAQƏ KƏSİLDİ

24.04.2021 22:52
23460

Tovuzda aramsız yağan yağışlar nəticəsində rayonun dağ kəndinə gedən yola qaya və daş parçaları tökülüb. 

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, nəticədə rayonla Böyük Qışlaq və Qaralar kəndini birləşdirən avtomobil yolu bir neçə saat bağlı qalıb. 

Qaralar kənd Bələdiyyə sədri Elşən Yusibov bildirib ki, bir neçə gün bundan qabaq güclü yağış yağması nəticəsində ötən gecə dağdan iri daş və qaya parçaları sözügedən yola düşərək hərəkəti bağlanıb: “Biz hadisədən bu gün xəbər tutmuşuq. Dərhal aidiyyəti qurumlar və kənd sakinləri əraziyə cəlb olunub. Daş və qaya parçaları yoldan təmizlənib. Yolda hərəkət tam bərpa olunub”.  

Bələdiyyə sədri onu da qeyd edib ki, analoji hadisə hər il bu aylarda yağışdan sonra baş verir: “Burda torpaq sürüşməsindən söhbət gedə bilməz. Daş və iri qaya parçalarının tökülməsi yağışla əlaqəlidir”.

Loading...