Azərbaycanda YENİ SƏRT QADAĞA gündəmdə: 3 gün sonra... - RƏSMİ

21.05.2020 10:12
499

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bayram və qeyri-iş günlərində ölkədə küçəyə çıxma qadağası barədə yayılan xəbərlərə münasibət bildirib.

AzSABAH.COM "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Vasif Əliyev Türkiyədə bununla bağlı təcrübənin olduğunu və Azərbaycanda da eyni qaydanın tətbiq oluna biləcəyini istisna etməyib:

"Çünki insanlar kütləvi olaraq toplaşırlar. Türkiyədə yoluxmanın sayının azaldılması məqsədilə bəzi məhdudiyyətlər qoyulur. Bu, bizdə də gündəmdədir. Çox güman bayramdan öncə bu məsələyə aydınlıq gələcək". 

Loading...

close
close