Azərbaycanda yeni qanun QÜVVƏYƏ MİNDİ: bu aydan başlayaraq PUL VERİLƏCƏK

01.01.2021 12:58
8073

Bu aydan etibarən müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına sosial müavinət veriləcək

AZSABAH.COM xəbər verir ki, bununla bağlı “Sosial müavinətlər haqqında” qanuna edilmiş dəyişikliklər qüvvəyə minib.

Qanuna dəyişikliklə hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.

Digər dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayandırılacaq.

Qanuna dəyişiklik layihəsi 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Loading...