Azərbaycanda yeni QADAĞA QÜVVƏYƏ MİNDİ: Bu gündən BAŞLAYARAQ...

10.04.2021 00:44
14186

Bu gündən aprelin 12-si saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

AZSABAH.COM-un məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

Loading...