Azərbaycanda yeni futbol klubu yaradıldı - FOTO

13.06.2023 19:44
4766
648968fa9759f202306231506
Azərbaycanda uşaq futbolunun inkişafına güclü təkan verəcək, ilk dəfə olaraq Avropa uşaq futbol akademiyalarında tətbiq edilən proqramı tədris edən 5-15 yaş arası uşaqlar üçün ‘’Latsio Baku FK’’ Uşaq Futbol Klubu yaradılıb.

AZSABAH.COM xəbər verir ki, klub artıq 5 aydır, fəaliyyət göstərir. ‘Latsio Baku FK’nun təsisçisi və baş məşqçisi Nağı Əliyev bildirir ki, məşqlərdən sonra uşaqlarda inkişaf hiss olunur.

“Uşaq futbolundakı boşluqları aradan qaldıraraq Azərbaycan futbolunun inkişafına nail olmaq məqsədi ilə yaradılmış “Latsio Baku Fk” adı vermişik. Rəmzimiz kimi isə “Müstəqilliyin Ağ Mələkləri” seçmişik. Oyunçularımıza futbolun sirrlərini öyrətmək, onların gələcəkdə ulduz futbolçu olmalarına çalışmaq klubumızun əsas prioritetidir. Klubumuzda Azərbaycanda ilk dəfə olaraq imtahan sistemi tətbiq edilir, uşaqlara həvəskəndirici mükafatlar verilir”.

Klubun rəhbəri deyir ki, “Latsio Baku FK”nın Azərbaycan, İspaniya, Türkiyə və Serbiya uşaq futbol akademiyaları, və klubları ilə əlaqələri var: “Klubumuzda yetişən istedadların məhz həmin akademiyalarda məşq etməsi təmin edilir. Məşqlər hər biri 1 saat olmaqla 11-15 yaş uşaqlar üçün həftədə 2 dəfə, 5-10 yaş uşaqlar üçün isə 3 dəfə “C” kateqoriyalı, UEFA dərəcəli məşqçilər tərəfindən keçirilir”.

Qeyd edək ki, “Latsio Baku FK” Azərbaycan Respublika Çempionatında iştirak edir. Xırdalan Şəhəri Heydər Əliyev Prospekti, Kristal Abşeron Yaşayış Kompleksində, yerləşən Meydançada Keçirilir. Ev Oyunlarını İsə Abşeron Rayonu Olimpia İdman Kompleksi, Masazır Qəsəbəsi, Xırdalan Şəhərində keçirir. Daha ətraflı məlumat üçün (055) 406-46-26 telefon nömrəsinə zəng vuraraq Nağı Əliyev əlaqə saxlaya bilərsiniz Əlavə olaraq. Klubun Adını yazaraq Sosial Şəbəkələrdə əlaqə saxlaya bilərsiniz.