Azərbaycanda yeni çəkilən ədəbsiz film QALMAQAL YARATDI

12.02.2024 20:42
546
65ca4aac34002202402244324

Aktyor Hikmət Rəhimovun rejissor və ssenari müəllifi olduğu yeni filmi “Apatiya”dakı açıq-saçıq səhnələr gündəm olub.


Azsabah.com xəbər verir ki, aktyor bu barədə OLAY-a açıqlama verib.

Ətraflı


Sənətçi müzakirə yaradan açıq səhnə və film haqda bunu söyləyib:


“Mən fikirlərin birmənalı olmamasına hazıram. Çünki müəyyən açıq səhnələr var. Cəmiyyət olaraq buna hazırıqmı? Bilmirəm. Amma dünya təcrübəsində bundan da artıq mövzuları filmə gətiriblər. Səhnəni açıq səhnə xatirinə çəkməyin də adı yoxdur. Gərək məntiqlə üst-üstə düşsün. Bu gün izləyəcəyiniz səhnələr sizi narahat etməyəcək. Deyə bilərsiniz ki, bunu niyə göstərirsiniz? Amma içinizdə fikirləşəcəksiniz ki, burada heç nə yoxdur. Zatən bunu hamı edir”.


Açıq səhnəni canlandıranlardan biri, aktyor Tural Baxış isə fikirlərini belə ifadə edib:



“İlk dəfə səhnələri öyrənəndə, azərbaycanlıyıq da, bir az çəkindim. Dedim, Hikmət, mən bunu oynaya bilməyəcəm, mənə uzaq personajdır. Sonra fikirləşdim ki, niyə də olmasın? Onsuz da zamanla çəkiləcək, elə yavaş-yavaş başlayaq”.