Azərbaycanda yaxın günlərdə dağıdıcı ZƏLZƏLƏ OLACAQ? - RƏSMƏN ELAN EDİLDİ

10.03.2023 11:57
6777
Zelzele
Azərbaycan Alp-Himalay seysmik qurşağında yerləşir. Elə gün olmur ki, Azərbaycanda 25-30, bəzən 50-60 zəlzələ olmasın.

AZSABAH.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl bir ərazidə 1 saat içərisində 20 xırda təkan olub: “Amma bunu heç kim hiss etmədi. Seysmogen bölgə üçün bu cür zəlzələlərin olması labüddür. Azərbaycanda yaxın günlərdə katastrofik, dağıdıcı zəlzələ ehtimalı yoxdur. Zəlzələnin hiss olunduğu da ola bilər, 5 ballıq da, 4 ballıq da, ancaq bunlar qorxulu bir şey deyil”.

Azərbaycan özü ümumilikdə seysmogen bölgədədir:

“Xəzər dənizi, Böyük Qafqazın cənub yamacı, Şamaxı-İsmayıllı, şimal bölgəsi – Quba-Xaçmaz zonası, Zaqatala-Şəki, Gəncə, cənub bölgəsi, Naxçıvan – bütün Azərbaycan aktiv zonada yerləşir”.