Azərbaycanda xeyli insan koronavirusa yoluxub və... - Professor ŞOK DETALLARI AÇDI

25.06.2020 02:09
539

Pandemiyanın qurbanlarının sayı çoxaldıqca, vəziyyət gərginləşir, həyəcan artır. Ölkəmizdə koronavirusla mübarizə

də vəziyyət isə heç də ürəkaçan deyil.

Professor Adil Qeybulla bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandırıb.

AZSABAH.COM müsahibəni təqdim edir:

- Professor, sizcə, asimptomatik və yüngül koronavirus xəstələrinin ev şəraitində müalicəsi necə aparılmalıdır?

- Evdə müalicə alan xəstənin özü də ağırlaşa bilər. Hesab edirəm ki, belə məsələrlə bağlı sistem qurulmalıdır. Yəni evdə müalicə müvafiq qurumaların nəzarətində olmalıdır. Evdə ambulator müalicə o deməkdir ki, xəstə stasionarda deyil, evdə yatır. Amma müalicə istənilən halda həkim nəzarəti altında aparılmalıdır.

Azərbaycanda sahə həkimləri institutu var, ondan istifadə edə bilərlər. Bizdə ailə həkimləri və ya ailə həkimi institutu yoxdur. Evdə müalicə alan xəstələrə arada dəymək lazımdır. Elektron formada nəzarət qurulmalıdır. Sahə həkimləri, poliklinikalar elektron avadanlıqlarla təmin olunmalıdır. Sahə həkimləri votsap və ya digər sosial şəbəkələr vasitəsilə xəstələrlə rabitədə olmalıdır.

Bu zaman həkim xəstəni öz otağında görür. Xəstələrin vəziyyətini, şikayətini, onlara məsləhətlər verir. Periodik olaraq tibb bacısı həftədə bir neçə dəfə xüsusi geyimdə gedib onlara nəzarət edir. Yoxsa, "gedin evdə müalicə olunun" təlimatı vermək olmaz.

- Necə düşünürsüz, SMS icazələr yoluxmalarda rəqəmlərin azalmasına kömək edəcəkmi?

- Artıq stiuasiya o yerə çatıb ki, xeyli insan yoluxub. Hazırda ciddi karantin rejimi yoxdur. Küçəyə çıxın, maşınla doludur. Hər kəs bir neçə nömrə ilə SMS icazə alıb, özü üçün gəzir. Hələ də maskasız gəzənlər var. Yəni, mən bu karantin rejiminin xüsusi effekt verəcəyini düşünmürəm, xüsusilə də 2 həftəlik karantinin. Onsuz da xeyli insan yoluxub. Karantin rejimi yumşaldıqdan sonra insanların davranışı buna səbəb oldu.

- Yoluxmaların artmasında maskadan istifadənin yetərsiz olması əsas faktor sayıla bilərmi?

- Yoluxmanın yeganə mənbəyi hava-damcı yolu, ağız-burun aerozoludur. Yəni asqırdıqda, öskürdükdə, danışdıqda ağız boşluğundan bayra çıxan su hissəcikləri ona qarışır. Əsas yoluxma mənbəyi budur.

Ona görə də, maska bayra çıxmış hissəciklərin ağciyərə düşməsinin qarşısı xeyli alır. Doğrudur, maska təkbaşına 100 faizlik profilaktik vasitə olmasa da (təbii ki, belə maskalar da var), sosial məsafə gözlənilərsə, maska taxılarsa, mütəmadi şəkildə əllər dezinfeksiya olunarsa, bu virusa yoluxma ehtimalı xeyli aşağı düşər. Bu da zamana bağlıdır. Zaman virusu yoxa çıxaracaq. Buna görə də az itkilərlə situasiyadan çıxmaq mümkün olacaq.

Loading...

close
close