Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusla bağlı iyunun 15-nə olan statistik göstəriciləri təqdim edib.
AZSABAH.COM-a verilən məlumata əsasən, Azərbaycanda hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 132, süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı isə 30 nəfərdir.
Hazırda xüsusi rejimli xəstəxanalarda müalicə olunan aktiv xəstə sayı 4 463 nəfərdir
İndiyə qədər ölkəmizdə koronavirusa yoluxanların sayı 10 324, sağalanların sayı 5 739, ölənlərin sayı isə 122 nəfərə çatıb.