Azərbaycanda vəzifəli şəxslər İŞDƏN ÇIXARILDI

07.05.2020 21:15
296

Milli Məclisdə struktur islahatları davam edir.

AzSABAH.COM Milli Məclisin saytına istinadən xəbər verir ki, struktur islahatları çərçivəsində Milli Məclis Aparatının Katibliyində dörd nəfər işdən çıxarılıb. 

Milli Məclis Sədrinin köməkçisi Aydın Cəfərov, Milli Məclis Sədrinin birinci müavininin köməkçisi Kəmalə Əzimova, Milli Məclis Sədrinin müavininin köməkçisi - Hüseyn Ağayev, Aparat rəhbərinin köməkçisi Elxan Əhmədov tutduğu vəzifəsindən azad edilib.

Loading...