Azərbaycanda VƏHŞƏT: ÇOX SAYDA ÖLƏN VAR - İnsanı SARSIDAN HADİSƏ

18.02.2022 01:21
435
photo_86219773

Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, qəza avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

“Mersedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində bir ailənin 3 üzvü - sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və onların övladları 2021-ci il təvəllüdlü Həmzə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

*** 

AZSABAH.COM xəbər verir ki, Yenipress.az-ın əldə etdiyi məlumata görə, qəzada ölən Fidan bu gün bacısı Əminənin və digər ailə üzvlərinin dəm qazından öldüyünü eşidib və ailəsi ilə birgə təcili Qusara yola düşüb.

Onların maşını Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığındakı körpüdən aşıb.

Nəticədə özü, həyat yoldaşı və 1 yaşlı körpələri ölüb.