Azərbaycanda toylara yeni QADAĞA QOYULUR?

11.02.2024 13:56
622
65c899e16500e202402245649
Bakıda toyda gözlənilməz hadisə baş verib.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

İddialara görə, toyda rəqs qrupunun alovlu şousu zamanı rəqqasların birinin geyimi yanıb.

Ətraflı

Görüntülərdən aydın olur ki, rəqqas oğlan son anda üzünün və əlinin yanmasının qarşısını ala bilir.

Əks təqdirdə o, daha ciddi yanıq xəsarətləri ala bilərdi. Hadisənin hansı restoranda baş verdiyi bəlli olmasa da, sosial şəbəkə istifadəçiləri bu görüntüləri kəskin tənqid edərək obyekt sahiblərini təhlükəsizlik qaydalarına əməl etmədiyinə görə qınayıblar.

Ümumiyyətlə, qapalı məkanlarda, restoran və şadlıq saraylarında açıq alovdan və ya qığılcım yaradan alətlərdən istifadə ilə şouların təşkil edilməsi, atəşfəşanlıq yanğın təhlükəsizliyi baxımından yolverilməzdir.

Paytaxtda yerləşən şadlıq evlərinin bir neçəsindən verilən məlumata görə, artıq bəzi şadlıq evlərində bu, qadağan edilib.