Azərbaycanda TOY YASA DÖNDÜ: Hər kəs ŞOK YAŞADI, ÖLƏN VAR

30.08.2022 22:48
4775
Toy

Qaxda toy mərasimində bədbəxt hadisə baş verib.

AZSABAH.COM-un APA-ya istinadla məlumatına görə, hadisə Qax şəhərində "Bəyaz Saray" şadlıq evində baş verib.

Şadlıq evində keçirilən toy mərasimində iştirak edən Qax şəhər sakini 1968-ci il təvəllüdlü Vəfa Loğman qızı Məmmədovanın qəfildən halı pisləşib və dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.