Azərbaycanda toy etmək istəyənlərə BƏD XƏBƏR: Sentyabr ayınadək... - RƏSMİ

15.05.2020 22:07
484

“Azərbaycanda toyların təşkilinə yalnız sentyabrda icazə verilə bilər”.

AzSABAH.COM xəbər verir ki, bunu TƏBİB İdarə heyətinin rəhbəri Ramin Bayramlı bildirib.

“Karantin müddətində koronavirusa yoluxma hallarının sayından, sanitar epidemioloji durumdan asılı olaraq Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilər. Bu da yaşadığımız ilin sentyabrından tez olmayacaq”, - deyə Ramin Bayramlı bildirib.

Mayın 18-dən Azərbaycanda karantin rejiminin bəzi müddəaları ilə bağlı yumşalmalar edilib, kafe və restoranlar açılıb. Amma 10 nəfərdən artıq insanın kafe və restoranlara yığışmasına dair qadağa aradan götürülməyib.


Loading...

close
close