Azərbaycanda tələbələr arasında KÜTLƏVİ DAVA: ÖLÜ VƏ YARALILAR VAR (FOTO)

18.11.2022 09:21
4795
Xestexana
Lənkəranda tələbələr arasında kütləvi dava olub.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, keçmiş Ələt-Astara magistralında, Lənkəran rayonunun Kürə deyilən ərazisində tələbələr arasında baş verən kütləvi dava ölümlə nəticələnib.

İlkin məlumata görə Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov aldığı bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Həkim Rəşad Fərzullayev bildirib ki, xəstə kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olub. O, əməliyyat zamanı dünyasını dəyişib.