Azərbaycanda dərs günləri artırılacaq? - RƏSMƏN ELAN OLUNDU

27.07.2022 13:17
109
photo_27491958

“Təhsilin keyfiyyətinə təsir edən əsas amil tədris günlərinin sayıdır. Bizim cəmiyyətimiz isə hələlik tədris günlərinin sayının artırılmasına ürəklə yanaşmır”.

AZSABAH.COM “Report”a istinadla xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

O bildirib ki, nümunə göstərilən ölkələrdə tədrisin müddəti, təxminən, 42-44 həftədir: “Azərbaycanda isə bu 36 həftədir və orta müddət sayılır. Təhsil işçisi olaraq hesab edirəm ki, müddətin artırılması yaxşı olardı. Lakin cəmiyyətimiz müddətin uzadılmasına ağrılı məsələ kimi baxır.

Tədris müddətinin iyunun 14-dək uzadılması ilə bağlı islahatımız bu günə kimi də qınanılır. Bunun insan sağlamlığına vura biləcəyi zərərlələ bağlı ciddi miflər mövcuddur. Bu günədək oxumaqdan kiməsə ciddi ziyan dəyməyib. Bu narahatlıqların elmi əsası yoxdur. Uşaq nə qədər təhsillə çox məşğul olsa gələcəyi daha yaxşı olar. Təbii ki, oxumaq da qədərində olmalıdır. Şagirdlər oxumağa həmişəkindən 2 saat əlavə vaxt ayırsalar kifayətdir. Uşaq çox dincələrsə böyüyəndə ciddi problemləri ola bilər. Uşaqları oxumağa həvəsləndirməyə və cəmiyyət də tədris müddətinin uzadılmasına dəstək olmağa dəvət edirəm”.