Azərbaycanda taksilərlə bağlı MÜHÜM ADDIM: Artıq bu şəxslər taksi sürə bilməyəcək, BUNDAN SONRA...

12.06.2023 11:15
6111
6486c82b4e20f202306232427

Azərbaycanda icazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlər 40 min manat cərimələnəcək.

AZSABAH.COM-un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunur.

Yeni maddəyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 20 min manat, hüquqi şəxslər isə 40 min manat cərimə ediləcək.


***

Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərdə taksometr quraşdırılması təklif edilir.

AZSABAH.COM xəbər verir ki, bu, Milli Məclisə daxil olan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənəddə deyilir ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.



***

Bakıda taksi xidmətləri tez-tez müəyyən problemlərlə gündəmə gəlir. Şikayətçilər isə təkcə sərnişinlər deyil, eləcə də bu işlə məşğul olan sürücülərdir.

Bəs görəsən bu fəaliyyətin tənzimlənməsi üçün hansı tədbirlər görülməlidir?

AZSABAH.COM AzTV-nin məsələ ilə bağlı hazırladığı sujeti təqdim edir: