Azərbaycanda ŞOK OLAY: Fəxrəddin İmanov YANARAQ ÖLDÜ - FOTO/VİDEO

07.11.2022 19:03
5001
Yangin

Azərbaycanda sabiq güləşçi avtomobildə yanaraq ölüb.

AZSABAH.COM “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Astara yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində maşın alovlanmağa başıayıb. Avtomobildə olan bir nəfər xilas edilib. Lakin Salyan rayonunun Qalalı kəndindən olan 74 yaşlı Fəxrəddin İmanovu xilas etmək mümkün olmayıb. O, avtomobildə yanaraq ölüb.

Qeyd edək ki, F.İmanov postsovet dönəmində sərbəst güləş üzrə yarışların iştirakçısı olub. O, son illər sərbəst güləş üzrə məşqçi-müəllim işləyirdi. Gənclər və İdman Nazirliyi tərəfindən ona “Fəxri bədən tərbiyəsi və idman işçisi” adı verilib.

Faktla bağlı araşdırma aparılır.