Azərbaycanda ŞOK OLAY: 10-cu sinif şagirdi məktəbli qızı qaçırtdı - GÖRÜN NƏ ÜÇÜN

03.05.2023 13:09
6126
64522517aa9ce202305231047
Tərtərdə 9-cu sinifdə oxuyan qız qaçırılıb.

AZSABAH.COM xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə kənd məktəblərinin birində qeydə alınıb.

Belə ki, 10-cu sinif şagirdi olan oğlan 9-cu sinifdə təhsil alan qızı evlənmək üçün qaçırıb.

Faktı saytımıza Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə təsdiqləyib.

Onun sözlərinə görə, belə bir hadisə qeydə alınıb, hazırda faktla bağlı araşdırma aparılır:

"Tərtər rayonunda belə bir fakt təsdiqini tapıb. Oğlanla qız arasında iki yaş fərqi var. Hüquq-mühafizə orqanları tərəfindən hazırda araşdırma aparılır".