Azərbaycanda ŞOK HADİSƏ: Yüksək vəzifəli şəxs ÜRƏYİNDƏN BIÇAQLANDI

11.08.2022 10:13
268
photo_51367677

Bakının Nərimanov rayonunda turizm şirkətinin müdiri ürəyindən, işçisi isə ayağından bıçaqlanıb.

AZSABAH.COM Apa-ya istinadən xəbər verir ki, hadisə “Montin” adlanan ərazidə qeydə alınıb.

Turizm şirkətinin müdiri Cavid Məmmədov və işçisi 18 yaşlı Amanzadə Kamran Azər oğlu agentliyin sürücüsündən pul almaq üçün onun yaşadığı Nərimanov rayonu ərazisinə gəlib. Bu zaman onlar dörd nəfər naməlum şəxsin hücumuna məruz qalıb. C.Məmmədov ürəyindən bıçaqlanıb. O, ağır vəziyyətdə 5 nömrəli xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. K.Amanzadə isə ayağından bıçaqlanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.