Azərbaycanda ŞOK HADİSƏ: YOL POLİSİ ÖLDÜ - FOTO/VİDEO

03.07.2022 11:58
825
photo_14994760

Dünən axşam saatlarında Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi “VAZ-21011” toqquşub.

AZSABAH.COM xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundanAPA-ya bildirilib ki, nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Məlumata görə, rayonun Ləki qəsəbəsi ərazisində hərəkət edən "VAZ 21011" markalı iki minik avtomobili toqquşub.

Hadisə zamanı sürücülərdən biri, Dövlət Yol Polisi Xidmətinin əməkdaşı Samir Zamanpur aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.