Azərbaycanda ŞOK HADİSƏ: Yol polisi maşınla PİYADANI VURDU, SONRA...

16.01.2023 08:56
4753
Dyp
Xudat-Xaçmaz şossesində yol patrul xidmətinin əməkdaşı qəza törədib.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhəri ərazisində qeydə alınıb.

Belə ki, orta yaşlı kişi yolu keçərkən onu Xaçmaz Şəhər Dövlət Yol Polis şöbəsinin əməkdaşının idarə etdiyi 99-YP-191 dövlət nişanlı "BMW” markalı avtomobil vurub.

Yol Patrul Xidmətinin əməkdaşları ağır xəsarət alan piyadanı Bakıdakı Akdemik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıb.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.