Azərbaycanda ŞOK HADİSƏ: Yasa gedənlər DƏHŞƏT YAŞADI - YARALILAR VAR (VİDEO)

10.12.2022 14:08
10631
Meyit
Şəkidə baş verən yol qəzasında yaralananların şəxsiyyəti müəyyənləşib.AZSABAH.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Şəki rayonunun Qayabaşı kəndi ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü, Mingəçevir şəhər sakini Sərxan Quluzadənin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə 4 nəfər sərnişin xəsarət alıb.Mingəçevir şəhər sakinləri - Vüqar Məmmədəliyev, Qalib Muradov, Qəhrəman Qurbanlı, İlqar Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır***Mingəçevir sakinləri Şəkidə yol qəzasına düşüb.AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Şəki rayonu ərazisində baş verib. Mingəçevir şəhər sakinin idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir. Yaralılardan bir nəfərin ağır olduğu bildirilir.Əldə edilən məlumata görə, Mingəçevir sakinləri Oğuza yas mərasiminə gediblər. Qəza baş verən zaman avtomobildə olanlar dənf mərasiminə gedirlərmiş.Faktla bağlı araşdırma aparılır.

aparılır.