Azərbaycan BU ŞOK XƏBƏRLƏ SARSILDI - ÇOX SAYDA ÖLÜ VAR (FOTO)

15.12.2022 10:53
4576
Meyit
Bakı-Quba yolunun 98-ci kilometrlitində (Sizyəzən rayonu ərazisindən keçən hissəsində) ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZSABAH.COM-a DİN-dən verilən məlumata görə, “Mercedes Vito” markalı avtomobillə TIR toqquşub.

İkin məlumata görə, “Mercedes-Vito”da olan (sürücü daxil olmaqla) 6 nəfər ölüb.

TIR sürücüsü xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Xilasetmə tədbirləri görülür.

APA-nın şimal bürosunun xəbərinə görə, xəsarət alan TIR sürücüsü, 1992-ci il təvəllüdlü Elçin Atayev Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.